Bu da son: "Milan" 1,5 milyard avroya satıldı

22:17 1 May 2015

İtaliya nəhəngi "Milan"ın səhmlərinin 75 faizi satılıb.

 

SportArena.az xəbər verir ki, bundan sonra "Rossonyerlər"ə tailandlı iş adamları sahiblik edəcəklər. Tərəflər arasında bütün detalların razılaşdırıldığı deyilir. Tailandlılar klub səhmlərinin 75 faizi üçün "Milan"ın sahibi Silvio Berluskoniyə 1,5 milyard avro ödəyəcəklər.

 

"Milan" hazırda ağır günlərini yaşayır. Komandanın A seriyasında işləri yaxşı getmir. Üstəlik, ciddi maliyyə problemləri də yaranıb. Komandanın baş məşqçisi Filippo İnzaqiylə futbolçular arasında münasibətlər də pozulub. Yeni rəhbərliyin yola İnzaqiylə davam edib-etməyəcəyi bilinmir.


Digər xəbərlər

Xəbər xətti