FOTO+VİDEO Cənubi Afrikada elə bir qol vuruldu ki...

22:20 1 May 2015

Cənubi Afrikada klubları arasında baş tutan matçda möhtəşəm qol vurulub.



SportArea.az xəbər verir ki, "Orlando Pirates" və "SuperSport" klubları prinsipial oyunda üz-üzə gəliblər. Azarkeşlər gərgin mübarizə şəraitində keçən matçda 5 qol izləyiblər. Ancaq bu qollardan biri matça damğa vurub. 

"Orlando Pirates"in futbolçusu Menzi Masuku mərkəzdən götürdüyü topu cərimə meydançasının yanına qədər aparıb və orada qapıya zərbə endirib. Qapıçı futbolçunun "ölümcül" zərbəsi qarşısında çarəsiz qalıb. Komanda yoldaşına uyğun vəziyyətdə pas verməyən Menzi möhtəşəm qola imza atıb. Futbolçu uzaq məsafədən vurduğu qolla baş məşqçini də sevindirib. 


Digər xəbərlər

Xəbər xətti