PSV təsdiqlədi: "Liverpul" və PSJ onu transfer etmək istəyir

22:26 1 May 2015

Memfis Depay böyük ehtimalla mövsümün sonunda PSV-ni tərk edəcək.
 
 
SportArena.az xəbər verir ki, PSV-nin idman direktoru Marsel Brendin sözlərinə görə, "Liverpul" və PSJ hollandiyalıya görə rəsmi təklif göndəriblər. Depayla maraqlanan digər klublardan hələlik təklif yoxdu. Bu haqda məlumatı şotland jurnalist Peter Makviti şəxsi "Twitter" hesabında yerləşdrib.

Daha öncə "Mançester Yunayted"in 21 yaşlı futbolçunu transfer etməyə yaxın olduğu haqda xəbərlər yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti