“Neftçala”nın qapıçısı: "Onların diqqəti həmişə bizim üstümüzdədir"

11:04 2 May 2015

Xəbər verdiyimiz kimi, "Neftçala" komandası son turda qələbə qazanaraq, Premyer Liqaya vəsiqəni təmin etdi.

 

SportArena.az olaraq, “Neftçala”nın qapıçısı Ramil Kərimovla əlaqə saxlayıb, son oyun və ümümi vəziyyət haqqında danışdıq:

 

"Matça pis başlasaq da, sonradan axarı dyişə bildik. Bunun nəticəsi olaraq, 4 qol vurduq. Bu qələbə bizə çox lazım idi. Çempionatın əvvəlində bir nəqsədimiz var idi ki, o da Premyer Liqaya çıxmaq. İndi Premyer Liqa haqqında düşünə bilərik. Bütün komanda üzvlərimi və rəhbərliyi bu münasibətlə təbrik edirəm. Matç bitən kimi rəhbərlik bizi təbrik etməyə gəldi. Onların diqqəti həmişə bizim üstümüzdədir".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti