VİDEO Mayk Tayson pərəstişkarını dirsəyi ilə vurdu

14:51 2 May 2015

Superağır çəkidə keçmiş dünya çempionu, boks tarxinin canlı əfsanələrindən biri kimi tanınan Mayk Tayson növbəti dəfə aqressiv hərəkəti ilə diqqəti özünə yönəldib.
 
 
Belə ki, amerikalı boksçu Floyd Meyvezer və fillipinli Menni Pakyao arasında bu gecə baş tutacaq və mətbuat tərəfindən “əsrin döyüşü” adını almış qarşılaşma öncəsi keçirilən mətbuat konfransında iştirak edən Tayson onunla icazəsiz şəkil çəkdirmək istəyən pərəstişkarını dirsəyi ilə itələyib. Bundan məyus olan pərəstişkar isə bir neçə saniyəlik heyrətdən sonra boksçunun yaınından uzaqlaşıb.


Digər xəbərlər

Xəbər xətti