FOTO "Qarabağ" Aytacı yad etdi

23:05 2 May 2015

Bu gün Topaz Premyer Liqasının XXXII turu çərçivəsində Qəbələdə keçirilən “Qəbələ” və “Qarabağ” klubları arasındakı oyundan əvvəl “Qarabağ” azarkeşləri maraqlı şüarla çıxış edib.

 


SportArena.az xəbər verir ki, “Qarabağ” azarkeşləri bir neçə gün əvvəl Bakıda öldürülən 17 yaşlı məktəbli Aytac Babayevanı yad edib.

Azarkeşlər “Aytaclarımız ölmәsin” yazılmış pankart açıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızı vəhşicəsinə qətlə yetirilib.

Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib.

O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib.


Xəbər xətti