PSJ bombanı partladır: 80 milyon...

10:42 3 May 2015

PSJ "Yuventus"un ulduzu Paul Poqbanı heyətinə qatmaqda israr edir.



SportArena.az xəbər verir ki, Paris klubu italyanlara 80 milyon avroluq transfer təklifi ilə müraciət edib.

"Goal İtalya"nın əldə etdiyi məlumata görə, artıq iki klub arasında anlaşma əldə olunub. Bundan sonra PSJ-nin prezidenti Nasir Əl-Xəlifə həftənin əvvəlində Monte Karloda Poqba və meneceri ilə görüşərək müqavilənin detallarını müzakirə edib. Lakin tərəflər maliyyə məsələlərində tam anlaşa bilməyib. Bundan sonra Poqba PSJ rəhbərinə digər təklifləri də gözdən keçirmək istədiyini deyib.


Xəbər xətti