"Bakı"nın futbolçusu: "Xəzər Lənkəran" da zəif rəqib deyil"

10:59 3 May 2015

"Xəzər Lənkəran"la oyunda dubl edərək komandasına qələbə qazandıran "Bakı"nın hücumçusu Nurlan Novruzov SportArena.az-a danışıb:

 

"Uzun zaman idi ki, qələbə qazana bilmirdik. Dünəmki oyunda uşaqlar meydanda can qoydu və sonda 3 xalı qazana bildik. Qırmızı vərəqə almağımız oyunumza biraz təsir etdi, amma buna baxmayaraq hesabı xeyrimizə saxlaya bildik. "Xəzər Lənkəran" da zəif rəqib deyil. Onlarda da bizim kimi gənclər yer alır və döyüşkən bir komanda formalaşdıra biliblər. Çalışacağıq ki, qarşıdakı matçlardanda sərfəli hesabla ayrılaq".


Digər xəbərlər

Xəbər xətti