Viktor Mendi: "Gərgin və maraqlı oyun keçdi"

13:12 3 May 2015

“Qəbələ”nin futbolçusu Viktor Mendi “Qarabağ”la oyundan (1:1) sonra jurnalistlərin suallarına cavab verib.

 

SportArena.az xəbər verir ki, təcrübəli hücumçu Ağdam klubuna qarşı keçirdikləri oyunu belə şərh edib:

 

"Gərgin və maraqlı oyun keçdi. Nəzərə alsaq ki, "Qarabağ" ölkənin ən güclü klublarındandır, o zaman 1 xalı da yaxşı nəticə saymaq olar. Son dəqiqələrdə qol vurub məğlubiyyətdən azad olmağımız çox yaxşı oldu. Bu gələcək oyunların yaxşı sonluqla bitməsinə də təsir edəcək".


Digər xəbərlər

Xəbər xətti