Əsrin döyüşündə qalib kim oldu?

14:39 3 May 2015

Amerikalı boksçu Floyd Meyvezer "əsrin döyüşü"ndə filippinli Menni Pakyaonu məğlub edib.
 
66,68 kq çəki dərəcəsində Ümumdüyna Boks Assosiasiyası (WBA), Ümumdünya Boks Şurası (WBC) və Ümumdünya Boks Təşkilatının (WBO) versiyaları üzrə dünya çempionu titullarının taleyi həll olunurdu.

 


SportArena.az  xəbər verir ki, 12 raundluq döyüş ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yerləşən "MGM Grand" kazinosunun arenasında keçirilib.
Döyüş hakimlərin yekdil qərarına görə, 118-110, 116-112, 116-112 hesabı ilə Meyvezerin qələbəsi ilə başa atıb. Əla müdafiə olunan və əks-hücumlarda sürətlə davranan Meyvezerin belə müdafiəsini Pakyao yara bilməyib.
 
Boksçular bu döyüşə görə boks tarixinin ən yüksək qonorarlarını alacaqlar. Meyvezerə 160, Pakyaoya isə 140 milyon dollar veriləcək.
 
Beləliklə, 38 yaşlı Floyd Meyvezer peşəkar rinqdə keçirdiyi 48 döyüşdən hamısında qalib gəlib. Həmin qarşılaşmaların 26-nı Floyd nokautla başa vurub.
 
Ötən ilin dekabrında 36 yaşı tamam olmuş Pakyao 57 döyüşdə qalib gəlib, 6 qarşılaşmada uduzub, 2 matçı bərabərliklə bitirib.


Xəbər xətti