"Xəzər Lənkəran" rəsmisi: "Yeddinci yerdə olan komandaya mükafat niyə verilsin ki?"

11:23 4 May 2015

Azərbaycanda futbolçuların hər bir uğurunu, qazanılan qələbələrini yüksək qiymətləndirən klublardan biri də "Xəzər Lənkəran"dır. Belə ki, on ildir fəaliyyət göstərən cənub klubu, futbolçuların hər qələbəsinə yüksək məbləğdə pul ayırırdı ki, bu da futbolçuların meydanda daha həvəslə mübarizə aparmasına təsir edən amillərdəndir.

 

Amma son mövsüm Lənkəran klubunun çempionatda iddiasızlığı klub rəhbərliyinin də mükafat ayırmaq fikrindən daşındırıb.

SportArena.az olaraq, bu məsələyə fikir bildirmək üçün, cənub klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə sxladıq:

"Xəzər Lənkəran" bu vaxtə qədər həmişə iddialı klub olub və futbolçular da hər uğura görə mükafat alıblar. Amma son mövsüm gəncləşdirmə siyasəti və turnir cədvəlində geri düşməyimiz mükafat sisteminin ləğvinə gətirib çıxartdı. Yeddinci yerdə olan komandaya mükafat niyə verilsin ki?"


Xəbər xətti