VİDEO İdmançı mükafatlandırılma zamanı Ərdoğanın çıxışına tab gətirə bilmədi

13:31 4 May 2015

Bu qalmaqallı hadisə Türkiyənin İstanbul şəhərində keçirilən velosiped turunun başa çatmasından sonra baş verib.
 
 
 
SportArena.az xəbər verir ki, tur başa çatdıqdan sonra isə səhnəyə prezident Rəcəb Tayyib Ərdoğan gəlib. O, idmançılara mükafatlarını vermək üçün podiumun qarşısında çıxış etməyə başlayıb.
 
Ərdoğanın çıxışı davam edərkən, gözləməkdən yorulan idmançı Mark Cavendish podiumdan enmək istəyib. Ancaq prezidentin mühafizəçiləri Cavendishin qolundan tutaraq, səhnəyə qaytarıblar.
 
Mark Cavendish mətbuat konfransı əsnasında ondan soruşulan, "10 dəqiqədən çox podiumda gözlədin, əsəbi görünürsən" sualına isə cavab verməyib.


Xəbər xətti