"Qarabağ"dan SUPERTRANSFER: Dieqo Forlan gətirilir

15:41 4 May 2015

"Qarabağ" uruqvaylı ulduzu transfer etmək niyyətindədi.

 

SportArena.az xəbər verir ki, Ağdam klubu tanınmış futbolçu Dieqo Forlana elçi düşüb. İddialara görə, futbolçunun təmsilçimizin heyətinə gətirilməsi üçün artıq işlərə başlanılıb.

Qeyd edək ki, Dieqo Forlan 2014-cü ilin yanvar ayında Yaponiyanın "Cerezo Osaka" klubuna transfer olub. Futbolçu buna kimi dünyanın güclü klublarında çıxış edib. 2002-ci ildə "Mançester Yunayted"ə transfer olan uruqvaylı oyunçu 2 ildə 95 dəfə "qırmızı şeytan"ların formasını geyib. Forlan "M.Y."da 17 qol vurub. 2004-ci ilin avqust ayında ingilis klubundan ayrılan Forlan "Vilyareal"ın yolunu tutub. İspan klubunda 2004/05 mövsümündə vurduğu 25 qolla "Qızıl buts" mükafatını qazanıb.

2007-ci ildə İspaniyanın digər güclü klublarından "Atletiko"ya transfer olan Forlan 4 il bu klubun formasını geyib. 2011-ci ildə "İnter"lə razılaşaraq İspaniyadan ayrılıb. 2014-cü ildə isə İtalya nəhəngindən ayrılaraq Yaponiya klubu "Cerezo Osaka"ya keçib. Forlan hazırda bu klubun uğurları üçün tər tökür.anspress


Digər xəbərlər

Xəbər xətti