Rəsmi açıqlama gəldi: Dieqo Forlan "Qarabağ"a gəlir?

18:13 4 May 2015

Bu gün yayılan xəbərlərə görə, Dieqo Forlan "Qarabağ"a keçməyə çox yaxındır.

 

SportArena.az olaraq, "Qarabağ" klubunun mətbuat xidmətindən aldığımız xəbərə görə, bu xəbər həqiqəti əks etdirmir. Klub rəsmisi bildirib ki, onlar Dieqo Forlanla maraqlanmır və belə bir futbolçu onlara təklif də olunmayıb.

 

Qeyd edək ki, Forlan 2014-cü ilin yanvar ayında Yaponiyanın "Cerezo Osaka" klubuna transfer olub. O, hazırda da bu klubda çıxışını davam etdirir. Uruqvaylı hücumçu karyerası ərzində "Mançester Yunayted", "Vilyarreal", "Atletiko" (Mardid), "İnter" (Milan) kimi klublarda forma geyinib.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti