Birinci Avropa Oyunları: FİFA referimiz təyinat aldı

21:37 4 May 2015

Azərbaycanın çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti təyinat alıb.

 

SportArena.az xəbər verir ki, İ.Məmmədov "Bakı 2015" Birinci Avropa Oyunlarına təyinat alıb. 


Avropa Oyunlarında digər idman növləri ilə yanaşı, 8 komandanın iştirakı ilə çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək.

 

A qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, B qrupunda isə Rusiya, İtaliya, İspaniya və Macarıstan milli komandaları mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti