GÜLƏŞ: Batumidə 5 medal qazanıldı

22:40 4 May 2015

Gənc güləşçilərimiz Batumidən 1 qızıl, 3 gümüş və 1 bürünc medalla qayıdıblar.

 
Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.
 
Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
 
55 kq çəkidə mübarizə aparan Təbriz Yusifzadə bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Mikayıl Rəhmanov (60 kq),Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza Murad Allahverdiyev (66 kq) qazandırıb.
Komanda hesabında yığmamız üçüncü pillədə qərarlaşıb.
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Ceyhun Salmanov təmsil edib.


Xəbər xətti