AFFA-dan klublara və futbolçulara cəza

13:11 5 May 2015

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

 

SportArena.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK  Premyer Liqanın 32-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının 32-ci turunun “Neftçi” – “Sumqayıt” matçının 45-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Nikolas Kanales kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 32-ci turunun “Bakı” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Bakı” klubunun futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 32-ci turunun “Qəbələ” – “Qarabağ” matçının 12-ci və 90-cı dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti