Nazim Süleymanovun yubiley matçında "Alaniya" klubu ilə Azərbaycan yığması qarşılaşacaq

13:43 5 May 2015

Mayın 24-də Vladiqafqazda tanınmış azərbaycanlı futbolçu Nazim Süleymanovun 50 illik yubileyinə həsr olunmuş matç baş tutacaq.

 

SportArena.az xəbər verir ki, bu oyunda Süleymanovun vaxtilə çıxış etdiyi "Alaniya" klubunun veteranları ilə Azərbaycanın veteran futbolçulardan ibarət yığması qarşılaşacaq.

Qeyd edək ki, Nazim Süleymanov karyerasının ən yaxşı illərini məhz Vladiqafqaz "Alaniya"sında keçirib. O, bu komanda ilə Rusiya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti