“Yuventus” Poqbaya əvəzləyici tapdı

15:15 5 May 2015

“Volfsburq”un yarımmüdafiəçisi Kevin De Bruyne növbəti mövsümdən “Yuventus”da çıxış edə bilər.

 

SportArena.az xəbər verir ki, “Qoca sinyora” belçikalı futbolçunu Pol Poqbanın komandadan ayrılmasından sonra heyətinə qatmağı planlaşdırır. Bunun üçün Bundesliqa təmsilçisiylə və futbolçuyla ilkin danışıqlar aparılıb.

 

Xatırladaq ki, “Barselona”, “Mançester Yunayted”, PSJ və bir sıra aparıcı klublar Poqbanın transferində maraqlıdır.


Digər xəbərlər

Xəbər xətti