"Kayserispor" gələn mövsümdən Superliqada mübarizə aparacaq

15:39 5 May 2015

Millimizin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" gələn mövsümdən Superliqada mübarizə aparacaq.

 

 
31 turdan sonra 63 xalla zirvədə qərarlaşmış "sarı-qırmızılar" 3-cü pillədəki "Adana Dəmirspor"un "Samsunspor"la qolsuz bərabərə qalmasından sonra Superliqaya vəsiqəni rəsmiləşdirib.
Kayseri təmsilçisi 10 il Superliqada mübarizə apardıqdan sonra keçən mövsüm birinci liqaya düşmüşdü. "Kayserispor"un elita ayrılığı cəmi bir il çəkib.


Digər xəbərlər

Xəbər xətti