FOTOLAR Sürixdə prezidentlərin görüşü

16:00 5 May 2015

Bu gün İsveçrənin Sürix şəhərində AFFA-nın təşəbbüsü ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev FIFA-nın prezidenti Yozef Blatterlə görüşüb.

 

Sportarena.az xəbər verir ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı FIFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdə FIFA-nın baş katibi Jerome Valcke, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.


Digər xəbərlər

Xəbər xətti