Çempionlar Liqası: "Real"ın ulduz futbolçusu bu gecə meydana çıxacaq

16:56 5 May 2015

Madrid “Real”ının uelsli futbolçusu Qaret Beylin Çempionlar Liqasında bu gün “Yuventus”la keçiriləcək oyunda iştirak edib-etməyəcəyi müəyyənləşib. SportArena.az xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti mətbuata açıqlamasında buna aydınlıq gətirib.


 
O bildirib ki, Beyl Turindəki qarşılaşmada meydana çıxacaq: “Qaret əla formadadı. Zədəsini tam sağaldıb, özünü hazır hiss edir. Əminliklə deyirəm ki, Beyl “Yuventus”la matçda oynayacaq. Onu bu cür görüşdə ehtiyatda oturtmaq fikrim yoxdu”.
 
Qeyd edək ki, “Real”da Beyl tam sağalıb, sıraya dönsə də, Kərim Benzema və Luka Modriç zədədən əziyyət çəkirlər.


Digər xəbərlər

Xəbər xətti