"Xəzər Lənkəran" məşqi: Müdafiədə sıx oyun və müdafiədən sürətli əks hücuma keçmək

22:56 5 May 2015

Premyer Liqanın XXXIII turunda doğma meydanda “Qarabağ”Ia qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.

 

SportArena.az xəbər verir ki,/ komandamız may ayının 5-də saat 17:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb. Hazırlıq prossesi güclü yağış altında keçib. Məşqçilər korpusu fürsətdən istifadə edərək futbolçuların əlverişsiz hava şəraitində topla davranışı, müdafiədə sıx oyun və müdafiədən sürətli əks hücuma keçmək üzərində çalışmalara üstünlük verib. Bir saatdan çox davam edən məşqin ardınca komanda özünün baza-otelində istirahətə çəkilib.  Qeyd edək ki, daha bir məşq mayın 6-na planlaşdırılıb. Mayın 7-də isə baş tutacaq formal xarakter daşıyan oyunöncəsi son hazırlıqdan sonra “Xəzər Lənkəran” oyunun başlama saatını gözləyəcək. 12cioyuncu.info


Digər xəbərlər

Xəbər xətti