VİDEO "Xəzər Lənkəran"ı acınacaqlı vəziyyətdən çıxarmaq üçün MM-lərin, Mübariz və Mais Mənsimovların səsi gəlməlidir"

13:48 6 May 2015

Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan "TOP TOP" verilişi növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib. SportArena.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub. Proqramın bu dəfəki qonaqları beynəlxalq dərəcəli hakim Əfqan Həmzəyev, "Het-trik" qəzetinin baş redaktoru İlqar Tağıyev və tanınmış ekspert Elnur Əşrəfoğlu olub. "TOP TOP"da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Premyer Liqanın oyunlarından söhbət aparılıb. Azərbaycan hakimlərinin bu günkü durumu və uşaq futbolunun vəziyyəti proqramın əsas mövzusu olub.  Həmçinin futbol həvəskarları canlı yayımda öz istək və arzularını bütün mobil operatorlardan 8998 və 8999 nömrələrinə SMS vasitəsilə göndəriblər. Əlbəttə ki, bütün suallar cavablandırılıb və təkliflər, arzular efirdə səsləndirilib. Verilişin aparıcısı Elçin Cəfərov olub. Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər. "TOP TOP" hər həftənin bazar ertəsi günü saat 20:00-da "CHATBOX" kanalında canlı təqdim olunur. "CHATBOX" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır. Verilişi bu linklər vasitəsilə izləmək olar:


Digər xəbərlər

Xəbər xətti