SON DƏQİQƏ: "Traktor Sazi" üçün mübarizə bitdi

16:11 6 May 2015

Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunları sona çatıb.

 

 

SportArena.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu turnirdə son matçını keçirib.

Səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" klubunun qonağı olan "Traktor Sazi" rəqibinə 2:3 hesabı ilə uduzub. Bununla da, 6 oyundan 4 xal toplayan Təbriz təmsilçisi qrupu sonuncu pillədə başa vurub.

Qrupun ilk iki pilləsində qərarlaşan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" klubları isə  Çempionlar Liqasında mübarizəni davam etdirir.


Digər xəbərlər

Xəbər xətti