FOTO "İnter"lə oyunöncəsi "Neftçi"də iclas

17:37 6 May 2015

Mayın 8-də "Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçiriləcək.



SportArena.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi"nin təlim-məşq bazasında baş tutacaq görüş saat 17:00-da başlayacaq. 

İclasdan sonra Müşahidə Şurasının üzvləri Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində keçiriləcək "İnter" - "Neftçi" matçını izləmək üçün "İnter Arena"ya yollanacaqlar.

Qeyd edək ki, mayın 8-də keçiriləcək "İnter" - "Neftçi" oyunu saat 18:00-da başlayacaq.


Xəbər xətti