Popoviçin "Qəbələ"yə transferinin bilinməyən təfərrüatları

17:48 6 May 2015

Son günlər mətbuatda "Sumqayıt"ınq apıçısı Andrey Popoviçin "Qəbələ"yə keçidi ətrafında müxtəlif söhbətlər dolaşır. Futbolçunun yenidən içkiyə qurşanması əsas müzakirə mövzusudur. Bu xəbərlərin Sumqayıt klubu tərəfindən futbolçunu nüfuzdan salmaq üçün bilərəkdən yayıldığını söyləyənlər də var. 

 

 

İçki söhbətinin "Sumqayıt"la heç bir aidiyyatı yoxdur. Çünki Popoviçin yenidən içkiyə qurşanmasına dair hər hansı bir "Sumqayıt" rəsmisinin dilindən heç bir açıqlama da çıxmayıb. Sumqayıt klubu sadəcə, ukraynalının nizam-intizamı pozduğunu, 3 gündür məşqə gəlmədiyini bildirib ki, bu da həqiqətdir. Futbolçu həqiqətən də son məşqlərdə iştirak etməyib. Amma bunun səbəbi heç də içkiyə qurşanıb 3 gündür ayıla bilməməsi deyil. Əksinə, Andrey özünü çox yaxşı hiss edir və fərdi məşqlər də edib. Sadəcə, son günlər başı "Qəbələ" ilə danışıqlara qarışdığı üçün "Sumqayıt"ın məşqlərinə bilərəkdən gəlməyib. Məntiqlə düşünsək, içkiyə qurşanıb özünü buraxan futbolçu heç vaxt "Qəbələ" ilə danışıq aparıb razılıq əldə edə bilməz. Aşa-aşa "Qəbələ"nin ofisinə gedib ağzından araq iyi gələ-gələ danışıq aparmayıb ki. Ağıllı-başlı şəkildə danışığını aparıb, bütün diqqətini də "Qəbələ"yə transferinə yönəltdiyi üçün "Sumqayıt"ın məşqlərinə də qatılmayıb. Onsuz mövsümün sonuna 4 tur qalıb və bu mənada "Sumqayıt"ın onu cəzalandırıb-cəzalandırmaması da vecinə deyil. rekord.az


Digər xəbərlər

Xəbər xətti