FOTOLAR+VİDEO Ulu öndərin 92 illiyi Zirvə Liseyində qeyd edildi

20:59 8 May 2015

Mayın 7-də “AAAF PARK Yaşayış Kompleksi”nin konfrans zalında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş bədii gecə keçirildi. Tədbirdə “Zirvə Liseyi”nin şagird-müəllim heyəti iştirak etdi. Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan edilən tədbirdə ilk olaraq Liseyin tarix müəllimi Əli Yusubova söz verildi. Tarix müəllimi ümummilli liderin həyatı, XX əsrin sonu və XXI əsrin əvvəllərini əhatə edən hakimiyyət dövrünün uğurları, “Müstəqil Azərbaycan” adı üçün gözə aldığı çətinlikləri, fədakarlığı haqqında geniş məlumat verdi. Liseyin şagirdləri Heydər Əliyevə həsr olunmuş məqalələr və şeirlər oxudular. Heydər Əliyev irsinə dərindən yiyələnmək, onun həyat və fəaliyyətindən örnək götürmək məqsədilə liseyimizdə də silsilə tədbirlər keçirilib. Bu tədbirlərdən biri də “SKETCH UP” proqramı üzrə keçirilmiş müsabiqə olub ki, onun qalibləri də məhz bu tədbirdə mükafatlandırıldı.

Tədbir şagirdlərin fikirləri, ümümmilli lider üçün bəstələnmiş, uşaqların ifasında səslənən “Sən elə bir zirvəsən” mahnısı və mərhum ali baş komandana məxsus olmuş “Mən həmişə fəxr edirəm ki, azərbaycanlıyam” sözləri ilə sona çatdı.


Digər xəbərlər

Xəbər xətti