VİDEO İdmançımız ermənilərlə davadan danışdı

22:32 8 May 2015

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən karate üzrə dünya çempionatında Azərbaycan və Ermənistan idmançıları arasında düşən davanın bəzi təfərrüatları məlum olub. Hadisə idmançımız Turqut Həsənovun erməni idmançı üzərində qələbəsindən sonra baş verib. 

 

SportArena.az xəbər verir ki, gənc idmançımız Turqut Həsənov Lent.az-a açıqlamasında təcrübəli erməni idmançısını 2-0 hesabla qalib gəldiyi deyib: “Erməni idmançı ilə görüşdə qalib gəldim. İlk öncə məşqçilər arasında söz-söhbət oldu. Sonra ara qızışdı. Elə döyüş meydanında təxribat xarakterli addımlar atdılar. Amma qarşısı alındı”

Qeyd edək ki, Turqut Həsənov dünya çempionatın finalında Qazaxıstandan idmançısına məğlub olaraq, gümüş medala yiyələnib.


Digər xəbərlər

Xəbər xətti