Arif Əsədov: "Vaxt keçdikcə istefa səsləyənlər bizi alqışlayacaqlar"

22:49 8 May 2015

Premyer Liqanın XXXIII turunda “Neftçi”ni qəbul edən “İnter” 4-0 hesablı qələbə qazandı.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bunları qeyd edib:

 

“Son vaxtlar heyətlə bağlı problemlərimiz var idi. Biz məcbur olduq gənc futbolçularımıza güvənək. Digər baxımdan çempionata motivasiyanın da olmamasıdır. Futbolçuların əsas diqqəti kuboka yönəlib. Hal-hazırda məqsədimiz zədələrdən qurtulmaq və kuboka yaxşı hazırlaşmaqdır. Finalda tam başqa "Neftçi"ni görəcəksiz. Qaldı ki,  azarkeşlərin etirazına, onları başa düşürəm. Belə hallara İspaniya, İngiltərə kimi ölkələrdə də rast gəlinir. Amma vaxt keçdikcə istefa səsləyənlər bizi alqışlayacaqlar. Mən komandama inanıram. Düşünürəm ki, problemləri aradan qaldırıb, kubokda istədiyimiz nəticəni qazanacağıq”.


Digər xəbərlər

Xəbər xətti