FOTO "Fənərbaxça" təyyarəsində həyəcan dolu anlar

12:39 9 May 2015

Türkiyə Super Liqasında bu həftə “Sivasspora” qonaq olacaq “Fənərbaxça”lı futbolçular Sivasa gedərkən təyyarədə həyəcan yaşayıblar.


 
SportArena.az
xəbər verir ki, futbolçuların və texniki heyətin içində olduğu təyyarə Sivas hava limanına enərkən problemlə üzləşib. Havanın dumanlı və çiskinli olması səbəbi ilə ilk cəhddə yerə eniş edə bilməyən hava gəmisi yenidən bir dövrə vurduqdan sonra çətinliklə də olsa eniş edə bilib.
 
Baş verən çətinliklə əlaqədar “Fənərbaxça”lı futbolçuların böyük həyəcan və narahatlıq keçirdiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti