Avro-2016: Ən ucuz bilet 25 avro, ən bahalı isə 895 avro

17:23 12 May 2015

Fransada keçiriləcək futbol üzrə 2016-cı il Avropa çempionatına ən ucuz bilet 25 avroya olacaq.

 

SportArena.az xəbər verir ki, bu barədə çempionatın rəsmi "Twitter"ində bildirilir. Ən bahalı biletin isə 895 avroya olacağı vurğulanıb. Biletlər bu il iyunun 10-dan iyulun 10-dək satışda olacaq. Satışa ümumilikdə 1,8 milyon bilet çıxarılacaq.

Qeyd edək ki, AVRO-2016 Fransanın 10 şəhərində 24 ölkə yığmasının iştirakı ilə təşkil olunacaq.


Xəbər xətti