SON DƏQİQƏ: Millimizin sabiq müdafiəçisi yayda rus klubuna baxışa yollanacaq

18:43 12 May 2015

Milli komandamızın sabiq oyunçusu Emin Cəfərquliyev hazırda "Şuşa Qarabağ" forması geyinir.

 

SportArena.az xəbər verir ki, Berti Foqtsun vaxtında millimizə stabil olaraq dəvət alan Cəfərquliyevin sonrakı karyerası istədiyi kimi alınmamışdı. "Araz Naxçıvan"da yenidən öz oyununu tapan Emin yenidən milliyə dəvət olunmuşdu. Ancaq Naxçıvan klubunun çempionatda iştirakını dayandırmasından sonra Cəfərquliyev də klubsuz qalmışdı.

 

Saytımıza verilən məlumata görə, müdafiəçi yayda rus klublarının birinə baxışa yollana bilər. Onun yolunu gözləyən klublardan birinin adını dəqiqləşdirdik. Söhbət Saratovun "Sokol" klubundan gedir. Emin həm bu, həm də digər klublarda baxışda ola bilər.


Xəbər xətti