U-15 Liqası: Millimizə namizəd çalışdırıcının komandası bürünc medal qazandı

18:45 12 May 2015

Bu gün U-15 liqasında çempionatın son oyunu baş tutub.

 

SportArena.az xəbər verir ki, paytaxtda baş tutan matçda "Neftçi" AZAL-ı 10:1 hesabı ilə darmadağın edib. Belə ki, "Neftçi"nin U-15 komandasını 9-cu yerdə, eyni zamanda bərbad vəziyyətdə qəbul edən Adil Mahmudov yetirmələri ilə bürünc medalı qazanmağı bacarıb.

 

Adil Mahmudovla bağlı daha bir xəbəri də diqqətinizə çatdırırq. Belə ki, "Qaradağ Lökbatan"la 1-ci Divizionun qalibi olan Mahmudov hazırda U-15 millisinə əsas namizədlərdəndin. Saytımıza daxil olan xəbərə görə, bu təyinat yeni mövsümdə həyata keçə bilər.


Digər xəbərlər

Xəbər xətti