"Xəzər Lənkəran"lı kapitan: "Azarkeşlər yenidən əsl "Xəzər Lənkəran" görəcək"

11:12 13 May 2015

"AZAL-a qarşı keçirəcəyimiz oyuna ciddi şəkildə hazırlaşırıq. İnanıram ki, doğma meydanda baxımlı oyunla qələbə qazana bilcəyik". Bu sözləri “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev bildirib.

 

SportArena.az-a danışan təcrübəli futbolçu komandasının növbəti mövsümdəki planlarından da danışıb:

 

"Növbəti mövsüm tamam fərqli bir "Xəzər Lənkəran" olacaq. Rəhbərlik də yeni mövsümdən komandanı əvvəlki gücünə qaytarmağı planlaşdırır. Heyətimizdə gənc futbolçular çoxdur, əgər bir-neçə əcrübəli oyunçumuz da olsa, o zaman azarkeşlər yenidən əsl "Xəzər Lənkəran" görəcək".


Digər xəbərlər

Xəbər xətti