Kamran Ağayev Türkiyə prezidenti ilə görüşəcək: Harada və nə zaman?

12:42 13 May 2015

Milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi “Kayserispor”un PTT 1-ci Liqasındakı çempionluq kubokunu alacağı tarix bəlli olub.

 

SportArena.az xəbər verir ki, mayın 17-də öz meydanında “Karşıyaka” ilə keçiriləcək matçdan sonra kubok qalibə təqdim olunacaq.

Kuboku komandaya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdağan təqdim edəcək.

Qeyd edək ki, sona 2 tur qalmış 66 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşan kayserililər ən yaxın izləyicisini 6 xal qabaqlayır.


Digər xəbərlər

Xəbər xətti