FOTO "Neftçi" "Stadium Tour" layihəsi çərçivəsində ikinci tədbirini keçirib

14:31 13 May 2015

"Neftçi" PFK "Stadium Tour" layihəsi çərçivəsində ikinci tədbirini keçirib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə layihənin qonaqları komandanın azarkeşləri olub. Azarkeşlərdən ibarət 22 nəfərlik heyət əvvəlcədən müəyyən olunmuş marşruta əsasən “Bakcell Arena” stadionunun ərazisini gəziblər.

 

Onlara ilk olaraq arenanın media mərkəzi və mətbuat zalı göstərilib. Daha sonra qonaqlar stadionun “Neftçi” PFK-ya aid paltardəyişmə otağında olublar.  Bundan sonra “Stadium Tour” meydançada gəzinti ilə davam edib. Azrkeşlərə “Neftçi”nin rəmzi olan hədiyyələr - forma və şərf təqdim olunub. Mərkəzi “Skybox”ları gəzən qonaqlara stadionun “catering” bölməsi göstərilib. Tədbirin sonunda azarkeşlər "Neftçi" PFK-nın futbolçuları Məqsəd İsayev və Rahil Məmmədovla görüşərək onlarla xatirə şəkilləri çəkdiriblər.

 

Xatırladaq ki, “Neftçi” PFK “Stadium Tour” layihəsini davam etdirir. Layihədə iştirak etmək istəyən azarkeşlər bununla bağlı istəklərini [email protected] ünvanına göndərə bilərlər. Müraciətdə ad, soyad və mobil nömrənizin qeyd olunması vacibdir.


Digər xəbərlər

Xəbər xətti