AÇIQLAMA Elza Avropa Oyunlarına görə qızının toy tarixini dəyişdi

00:12 15 May 2015

Əməkdar artist Elza Seyidcahan qızı Gülşənin toyundan danışıb.



SportArena.az xəbər verir ki, açıqlama verən müğənni övladının toyunun yayda olacağını desə də, vaxtın dəyişdirildiyini bildirib. Belə ki, o, Gülşənin sentyabrda ailə quracağını deyib:


“Bu yay ölkəmizdə Avropa Oyunları kimi çox önəmli bir hadisə baş verəcək. Hamımızın başı o hadisəyə qarışıb. Həm də qızımın yanımda daha çox qalmasını istəyirəm. Baxmayaraq ki, oğlum çox nişanlı qalmadı, toyu tez oldu. Gülşənin toyu sentyabrda olacaq. Artıq qərar vermişik. Bircə qalıb günü dəqiqləşdirmək”.

Qeyd edək ki, əməkdar artistin qızı ötən ilin iyulunda fotoqraf Elxan Əlisatovla nişanlanıb.axşam.az


Digər xəbərlər

Xəbər xətti