Təcrübəli futbolçu da"lipa"dır? "Böyükağa Hacıyev "Neftçi"nin "lipa"larından danışdı və daha bir sirrin üstünü açdı

14:28 16 May 2015

U-13 liqasında baş verən biabırçılığıa görə, hələ də araşdırmalar aparıb sizə çatdırmaqda davam edirik. Bir qədər öncə, "Neftçi"nin keçmiş çalışdırıcısı Böyükağa Hacıyevlə əlaqə saxlayıb, "Neftçi" "U-13 ağsaqqallarına" fikir bildirməyini xahiş etdik.

 

SportArena.az-a danışan Hacıyev elə bir sirrin üstünü açdı ki, "Neftçi"nin "lipa"ların bunun kölgəsində qalacaq:

 

"İlk olaraq onu deyim ki, bu məsələyə "Neftçi"nin vitse-prezidenti cavab versə daha yaxşı olar. Çünki, o nəyin necə olduğunu daha yaxşı bilir. Ümumi olaraq fikrim budu ki, insanın yaşını və ya doğum məlumatlarını dəyişmək düzgün deyil və buna da münasibətim çox pisdi. Belə hal nə kluba nə də futbolçuya ucalıq gətirməz. Sizə bir söz deyim, mən futbol oynayanda Ramal Hüseynov da oynayırdı. Artıq mən 30 ildir ki məşqçiyəm, amma Ramal hələ də oynayır. Bu qədər də olmaz, atam".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti