Kaxaber Sxadadze: "Qurban Qurbanov, “Qarabağ” buna layiq idi"

22:49 16 May 2015

Topaz Premyer Liqasının XXXIV turunda keçirilən “Qəbələ” – “İnter” oyununda qalib müəyyənləşmədi – 1:1.



Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “İlk növbədə “Qarabağ”ı çempionluq münasibəti təbrik edirəm. Qurban Qurbanov, “Qarabağ” buna layiq idi. “İnter”i ikinci olması münasibəti ilə təbrik edirəm. Futbolçularım mənim gözümdə qəhrəmandırlar. Problemlərin fonunda  çempionata maraq qata bildilər. Futbolçularımın qarşısında baş əyirəm. Bu gün rəqibimiz olan “Qəbələ” sırf Avropa futbolu oynadı. Ancaq belə olan halda çempionatın səviyyəsini daha da yüksəldə bilərik. Bütün bunları nəzərə alıb deməliyəm ki,  çox gözəl bir oyun alındı”.


Digər xəbərlər

Xəbər xətti