Aqil Məmmədov: “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm"

22:52 16 May 2015

Topaz Premyer Liqasının XXXIV turu “Qarabağ” üçün əlamətdar oldu. “Sumqayıt”ı 1-0 hesabı ilə məğlub edən “Qarabağ” cari mövsümün çempionu oldu.



Aqil Məmmədov  (“Sumqayıt”ın baş məşqçisi): “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Məğlub olmağımıza baxmayaraq, komandamızın çıxışından razı qaldım. Şahin Əliyev, Budaq Nəsirov kimi oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Növbəti mövsüm hansı dəyişikliklərin olacağını deyə bilmərəm. Əgər yaxşı nəticə qazanmaq istəyiriksə, dəyişikliklər etməliyik. Konkret məqsədlər uğrunda mübarizə aparmaq istəyirik”.


Digər xəbərlər

Xəbər xətti