RƏSMİ AÇIQLAMA "Qarabağ" fanatını tribunadan polis itələyib

16:41 17 May 2015

Azərbaycan Premyer Liqasının 34-cü turunun dünən keçirilən "Qarabağ" - "Sumqayıt" oyunundan sonra (1:0) çempionluqlarını bayram edən meydan sahiblərinin azarkeşlərindən biri - Orxan Salahlı tribunadan yıxılaraq xəsarət almışdı və dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdı.

 

SportArena.az xəbər verir ki, artıq Orxanın səhhəti normaldı. O, özü bu barədə klubun rəsmi "facebook" səhifəsinə açıqlama verib:

"Komandamın çempionluğu rəsmiləşdikdən sonra futbolçulara tərəf qaçmaq üçün tribunadan aşağı tullanmaq istəyirdim. Bu zaman arxadan kimsə məni itələdi. Dostlarım dedi ki, həmin şəxs polis idi. Yerdə yıxılıb qaldım. Sağ olsun uşaqlar, kömək etdilər və məni həkimə apardılar. Yerdə olanda ağrı hiss etmirdim. Duranda 1-2 addım atmaq istədikdə ayağımda dəhşətli ağrılar başladı. Bu zaman bir polis məni tutub stadiondan çıxarmaq üçün dartışdırdı. Lakin uşaqlar ona vəziyyəti izah etdikdən sonra polis məndən əl çəkdi.

Mən doğulandan "Qarabağ"lıyam. Bu yaxınlarda 17 yaşım tamamlanacaq. Ayağım gec-tez sağalacaq. Əsas odu ki, "Qarabağ" çempion oldu. Məni həkimə aparan, həkimə aparılana qədər yanımda kömək olan hər kəsə minnətdarlığımı bildirirəm".


Digər xəbərlər

Xəbər xətti