Zaqatalada yubiley qolu: Çeran 25-ə çatdı

12:37 18 May 2015

"Simurq"un futbolçusu Draqan Çeran Topaz Premyer Liqasında yubiley qolunu vurub.

 

SportArena.az xəbər verir ki, XXXIV turun “Bakı” ilə ev oyununda dubla imza atan serbiyalı 25-ci dəfə fərqlənib. 

 

Ötən mövsüm 31 matçda 11 qol vuran hücumçu cari çempionatdakı 25-ci oyunda 14-cü dəfə rəqib qapısına yol tapıb. 25-ci qolunu vuran Draqan “Simurq”un Premyer Liqada ən məhsuldar futbolçusu Vladimir Mazyarın rekorduna da yaxınlaşıb. Ukraynalıdan 3 top geri qalan Çeran bu siyahıda 2-cidi.


Digər xəbərlər

Xəbər xətti