"Benfika" yenə çempion oldu: Bu dəfə bir tur qalmış

12:52 18 May 2015

Portuqaliya çempionatında 2014-15 mövsümünün çempionu bəlli olub. SportArena.az xəbər verir ki, “Benfika” sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.


 
Liderdən 3 xal geri qalan “Portu”nun “Benfika”ya çatmaq imkanı olsa da, bu, çempionun adını dəyişməyəcək. “Benfika” şəxsi görüşlərdə “əjdahalar”dan üstün olduğuna görə, qızıl medallara vaxtından əvvəl sahib çıxıb.
 
Bununla da, Lissabon klubu tarixi ərzində 34-cü dəfə ölkə çempionu adına yiyələnib ki, bu, Portuqaliyada rekord göstəricidi. “Benfika”nın əzəli rəqibi “Porto” isə 27 dəfə Superliqanın qalibi olub.


Digər xəbərlər

Xəbər xətti