Yurgen Klopp "Fənərbağça" ilə danışıqlar aparır?

22:30 18 May 2015

Mövsümün sonunda "Borussiya"nı tərk edəcəyi dəqiqləşən Yurgen Klopp haqqında maraqlı iddia ortaya atılıb.



"Sabah"ın xəbərinə görə, alman mütəxəssis "Fənərbağça" ilə danışıqlar aparmaq üçün "Volfsburq"la oyundan sonra həyat yoldaşı Ulla və meneceri Mark Kosiçke ilə birlikdə İstanbula yollanıb. Onların "sarı-lacivərdlilər"ə məxsus Topuq Yaylası adlanan düşərgədə olduqları bildirilir.

Digər tərəfdən, klub prezidenti Əziz Yıldırımın "Fənərbağça"nın basketbol komandasının ÇSKA ilə oynadığı üçüncülük matçını izləmədən Madridi tərk edib, İstanbula qayıtması şübhələrin sayını artırıb.


Xəbər xətti