AFFA rəsmisi: "Bu ana qədər apelyasiyaya heç bir klub müraciət etməyib"

10:02 19 May 2015

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlubu gün "facebook" səhifəsində 1-ci Diviziom klublarına səslənib. Nərimanoğlu apelyasiyaya müraciət etməyin son günü olduğunu onların nəzərinə çatdıraraq, fikirlərini belə davam etdirib:

 

Premyer Liqada oynamaq üçün lisenziya almağa çalışan klub rəsmilərinin nəzərinə 
Hörmətli futbol funksionerləri !
Məlumatınız olsun ki, bu gün lisenziya almaq üçün apelyasiyaya müraciət etməyinizin sonuncu günüdür. Ona görə yadınıza salıram ki, bəzi mətbuat səhifələrdə elə haray-həşir qoparır, özünüzü elə reklam edirsiniz ki, 19 mayın son gün olduğunu belə unutmusunuz. KİV-də səslənən fikirlərinizlə tanış olanda, mətbuat işçilərinin çoxsaylı suallarını cavablandıranda, qələm əhlindən olan həmkarlarımla söhbət edəndə daxilimdən gələn yumor hissini bəzən saxlaya bilmirəm. Çünki lisenziya almaq üçün sənətlərini toplayıb apelyasiyaya müraciət etmək əvəzinə biriniz icra hakimiyyətinin qəbulunda saatlarla dayandınız, biriniz Milli Məclisin. Uzun illər sponsor üzünə həsrət qalanlar isə bir dəqiqə ərzində sponsor "tapdı". 
Əfsuslar olsun ki, bu gün reklam vaxtınız bitir. 9 gün ərzindəki ittiham və iradlarınızı təsdiqləmək, dediyiniz sözün arxasında dayanmaq və iddia etdiyiniz kimi haqqınızı qorumaq üçün heç olmasa apelyasiyaya müraciət edin. Axı sizin qeyd etdiyiniz kimi ilk andan müraciət etdiyinizə və bütün sənətlərinizin qaydasında olduğuna görə mətbuata və azarkeşlərinizin çoxsaylı suallarına bircə cümlə ilə cavab verməkdən bezmişəm: "Bu ana qədər apelyasiyaya heç bir klub müraciət etməyib". 
İnsafınız olsun, heç olmasa bir günlük reklamdan işə keçin.


Xəbər xətti