FOTO+VİDEO Yaşar Yusibov : “AAAF Park istirahət etmək üçün gözəl məkandır”

13:44 19 May 2015

Tanınmış müğənni Yaşar Yusibov “Məşhurlar AAAF Park”da layihəsinin qonağı olub. O, söhbət zamanı ilk öncə AAAF Park Yaşayış Kompleksindən danışıb və bu məkanı çox bəyəndiyini qeyd edib:

“Səmimi deyirəm ki, AAAF Parka gələn kimi ürəyim açıldı. Yaşayış Kompleksi çox gözəldir və istirahət etmək üçün çox gözəl məkandır. Çəkilişdən öncə buranı çox gəzdik və yenə deyirəm ki, çox xoşuma gəldi. Bir sözlə, AAAF Parka gəlməyimə məmnunam”.

Rubrika zamanı qonağa AAAF Park adından sakin kartı və 10% endirimli mənzil kuponu hədiyyə edildi.

Qeyd edək ki, “Məşhurlar AAAF Park”da layihəsi hər həftənin çərşənbə günü saat 23:00-da İnterAz” televiziyasının efirində yayımlanır.


Digər xəbərlər

Xəbər xətti