Milli futbolçu təsdiqlədi: "Neftçi"dən təklif almışam"

14:44 19 May 2015

Xəbər verdiyimiz kimi İnter”in futbolçusu Arif Daşdəmirov "Neftçi" ilə danışıqlara başlayıb.

 

SportArena.az olaraq, Ariflə danışıb, məsələ haqqında soruşduq:

 

"Hal-hazırda "İnter"in futbolçusuyam və bu klub haqqında düşünürəm. Müqaviləmin sonuna az qalıb. Sözləşməm bitəndən sonra yenə də ilk olaraq "İnter" variantı haqqında düşünərəm, alınmasa "Neftçi" variantı ola bilər. Bu dəqiqə bir-neçə komandadan təklif gəlib, amma onlardan "Neftçi" mənə görə daha yaxşı komandadı. Çünki, onlar həmişə iddialı olublar. Qarşıdakı günləri gözləyək, hər şeyə aydınlıq gələcək".


Xəbər xətti