"Yuventus"un ulduzu gedir- İstiqamət Qətər

17:02 19 May 2015

“Yuventus”un ulduz futbolçusu Andrea Pirlo yayda klubunu tərk edəcək.

 


SportArena.az xəbər verir ki, 35 yaşlı veteran futbolçu karyerasını Qətərdə davam etdirməyi qərara alıb. Hazırda bu ölkənin iki klubu - “Əl-Caiş” və “Əl-Sədd” onun xidmətində maraqlıdı. Pirlonun bu komandalardan biri ilə anlaşması gözlənilir.

Onun “Yuventus”la müqavilə müddəti 2016-cı ilin yayına qədər olsa da, turinlilər anlaşmanı ikitərəfli razılıqla pozmağa hazırdılar.

Qeyd edək ki, 2011-ci ildən “Yuventus”un formasını geyinən Andrea Pirlo bu klubla 4 dəfə A seriyasının qalibi olub. Bu mövsüm isə daxili çempionatda 18 oyun keçirib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti