İspaniya klubu milli komandamızın futbolçusunun transfer hüququnu almaq istəyir

17:45 19 May 2015

İspaniyanın "Qranada" klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun transfer hüququnu tam ələ keçirmək istəyir.

 

SportArena.az xəbər verir ki, millimizin üzvü müqavilə ilə "Real Mursiya" klubuna məxsus olsa da, La Liqa təmsilçisində icarə əsasında çıxış edir.

Bu üzdən də "Qranada" bu futbolçunun transfer hüququnu da almaqda maraqlıdır. Lakinin bunun üçün öncə sözügedən komanda elitada qalmağı təmin etməlidir. Buna nail olacağı halda, "Qranada" "Real Mursiya"ya 1,5 avro ödəməklə millimizin üzvünü heyətində saxlaya bilər.


Xəbər xətti